Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin, Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı və Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun dəstəyi ilə “Ümumdünya Ürək Günü”nə həsr edilmiş Astara Sağlamlıq Günləri çərçivəsində “Ürək-dama
29 Sentyabr 2024, 11:00 - Konfranslar

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin, Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı və Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun dəstəyi ilə “Ümumdünya Ürək Günü”nə həsr edilmiş Astara Sağlamlıq Günləri çərçivəsində “Ürək-damar xəstəliklərinin müalicəsində beynəlxalq təcrübənin tətbiqi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
İlk öncə tədbirin nümayəndə heyəti xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib, sonra Heydər Əliyev muzeyi ilə tanış olublar.
“Ürək-damar xəstəliklərinin müalicəsində beynəlxalq təcrübənin tətbiqi” mövzusunda beynəlxalq elmi konfransda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., Əməkdar həkim, tibb xidməti general-mayoru Ceyhun Məmmədov, Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, t.e.d., Əməkdar həkim, ürək-damar cərrahı Rəşad Mahmudov, Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor, Gülnaz Dadaşova qonaqları salamlayaraq, konfransın gedişatına uğurlar arzu ediblər. Onlar bildiriblər ki, Astara Sağlamlıq Günləri çərçivəsində şəhid və qazi ailələrinin üzvləri üçün həyata keçirilmiş tibbi sosial aksiya, təşkil olunan elmi tədbir ən son nailiyyətləri bölüşməyə imkan yaradacaq.
Çıxışçılar qeyd edib ki, hazırda bütün dünyada ürək-damar xəstəlikləri səbəbindən ölüm halları birinci yerdədir və buna görə də, dövlətlər tərəfindən sosial qayğıların artması, insanların əmək qabiliyyətini itirməsinin qarşısının alınması vacib məsələdir. Bu məsələdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, TƏBİB, digər qurumlar kimi, dövlət və özəl tibb müəssisələrinin üzərinə böyük məsuliyyət düşür.
Elmi konfrans cənub regionunun rayonlarının tibb işçiləri üçün nəzərdə tutulub və 7 DTT balı ilə qiymətləndirilib.


Paylaş:
Baxış sayı: 24