Azərbaycan Tibb Universitetində ED 2.27 Dissertasiya Şurasının 3118.01- Kardiologiya ixtisası üzrə Elmi Seminarın növbəti iclası kecirilib. Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitututunun direktoru, prof. Gülnaz Dadaşovanın sədriliyi ilə keçən Elmi seminarda müzakirə olunan dissertssiya işi “İşemik etiologiyalı ürək çatışmazlığı xəstələrində miokardın revaskulyarizasiyasının xəstəliyin proqnozuna təsiri” mövzusunda elmlər doktoru elmi dərəcəsi almaq üçün t.ü.f.d Qalib İmanov tətəfindən dissertasiya şurasına təqdim edilib.