Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova və kardiocərrah Vüsal Hacıyev 18 sentyabr tarixində Gürcüstanın Tbilisi şəhərində keçirilmiş beynəlxalq seminarda iştirak ediblər.
18 Sentyabr 2025, 16:00 - Görüşlər

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova və kardiocərrah Vüsal Hacıyev 18 sentyabr tarixində Gürcüstanın Tbilisi şəhərində keçirilmiş beynəlxalq seminarda iştirak ediblər.
Seminar “The Lipid Compass: Navigating Innovation and Access in Cardiovascular Care” mövzusuna həsr olunmuş və Azərbaycan nümayəndəliyinin rəsmi dəvəti əsasında təşkil olunmuşdur.
Tədbir çərçivəsində kardiologiyada lipid idarəçiliyinə dair innovativ yanaşmalar təqdim olunub, plenar sessiyalar, panel müzakirələr və interaktiv seminarlar keçirilib. Əsas məqsəd elmi biliklərin paylaşılması, müasir çağırışların müzakirəsi və ölkələrarası əməkdaşlığın genişləndirilməsi olub.
Azərbaycan nümayəndələrinin iştirakı beynəlxalq təcrübənin öyrənilməsi, tətbiqi və ölkəmizdə kardioloji xidmətlərin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edib.


Paylaş:
Baxış sayı: 2