Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən “Şəkəri azalt, ömrünü uzat” kampaniyası çərçivəsində AQTA və ADA Universitetinin birgə təşkilatçılığı ilə “Qida Təhlükəsizliyi” Simpoziumu keçirilib.
26 Aprel 2024, 12:00 - Tədbirlər

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən “Şəkəri azalt, ömrünü uzat” kampaniyası çərçivəsində AQTA və ADA Universitetinin birgə təşkilatçılığı ilə “Qida Təhlükəsizliyi” Simpoziumu keçirilib.
ADA Universitetində baş tutan tədbirdə layihə çərçivəsində görülən işlərə dair hazırlanan tanıtım videoçarxının nümayişi olub.
Simpoziumda Agentlik sədrinin müavini Zəkiyyə Mustafayeva ölkədə qida təhlükəsizliyinin, bitki və heyvan sağlamlığının təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən söz açıb.
Tədbirdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova şəkərdən artıq istifadənin insan orqanizmində ürək-damar, ll tip diabet və piylənmə kimi xəstəliklərin yaranma ehtimalına səbəb ola biləcəyini qeyd edib.
Daha sonra açılış nitqi ilə çıxış edən ADA Universitetinin Kənd təsərrüfatı və qida fakültəsinin dekanı Matteo Vittuari Agentliklə Universitet arasında əməkdaşlıq perspektivlərindən danışıb.


Paylaş:
Baxış sayı: 36