Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşovanın təşəbbüsü ilə Səhiyyə Nazirliyinin ekspert qrupu Çin Xalq Respublikasına işgüzar səfər həyata keçirib
07 Dekabr 2025, 15:00 - Konfranslar

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşovanın təşəbbüsü ilə Səhiyyə Nazirliyinin ekspert qrupu Çin Xalq Respublikasına işgüzar səfər həyata keçirib. Səfər Çinin səhiyyə, biotexnologiya və tibbi avadanlıqlar sahəsində aparıcı müəssisələri ilə əməkdaşlığın genişləndirilməsi məqsədi daşıyıb.
Səfər çərçivəsində Premiummed şirkətin təşkilatçılığı ilə ekspertlər qrupu Chengdu, Shenzhen və Guangzhou şəhərlərində fəaliyyət göstərən iri biotexnologiya şirkətlərinin ofislərini və istehsal müəssisələrində işgüzar səfərdə olub. Ekspertlər C-Liminary və Sichuan ORIENTER Biotechnology kimi innovativ şirkətlərin laboratoriya avadanlıqlarının istehsal proseslərini, o cümlədən tam avtomatlaşdırılmış Line System-ləri, immunoassay cihazlarını yerində izləyiblər. Bundan əlavə, nümayəndə heyəti bir sıra aparıcı xəstəxanaların laboratoriyalarında bu sistemlərin praktiki tətbiqi, iş səmərəliliyi və kliniki üstünlükləri ilə tanış olub.
Səfərin mühüm nəticələrindən biri Çin tərəfi ilə elmi-tədqiqat və kliniki əməkdaşlığa dair Memorandum of Understanding sənədinin imzalanması haqqında müzakirəsinin aparılması olub. Sənəd Azərbaycan Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutu ilə Xinjiang Uyghur Autonomous Region People’s Hospital arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsini nəzərdə tutur.
Shenzhen şəhərində nümayəndə heyəti DYMIND Biotechnology şirkətinin süni intellektlə təchiz edilmiş hematoloji və koaquloqramma cihazları ilə tanış olub, Guangzhou şəhərində yerləşən Guangdong Women’s and Children Hospital klinikasında isə AI əsaslı hematoloji sistemlərin Line System-də tətbiqi araşdırılıb.
Professor Gülnaz Dadaşova bildirib ki, səfər Azərbaycan səhiyyə sistemində laborator xidmətlərin modernləşdirilməsi, təcili yardım və ucqar rayonlar üçün əvvəzsiz olan sürətli və kiçik ölçülü laborator cihazların istehsalı və səmərəliliyi,
elmi-tibbi əməkdaşlıq imkanlarının genişləndirilməsi və innovativ texnologiyaların tətbiqi baxımından böyük əhəmiyyət kəsb edir.


Paylaş:
Baxış sayı: 16