Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunda (ETKİ) Çin Xalq Respublikasının aparıcı tibbi avadanlıq istehsalçılarından biri olan United Imaging Healthcare şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova qonaqları salamlayaraq institutun fəaliyyət istiqamətləri, Azərbaycanda ürək-damar xəstəliklərinin diaqnostika və müalicəsində müasir texnologiyaların tətbiqi, həmçinin beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirilən layihələr barədə məlumat verib. Professor Gülnaz Dadaşova qeyd edib ki, yüksək texnologiyalı tibbi avadanlıqların tətbiqi kardiologiyada dəqiq diaqnostika və effektiv müalicə imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir və bu sahədə beynəlxalq tərəfdaşlıq böyük önəm daşıyır.
Görüş çərçivəsində United Imaging Healthcare şirkətinin fəaliyyəti və tibbi görüntüləmə sahəsində tətbiq etdiyi qabaqcıl texnologiyalar barədə təqdimat olunub.
Nümayəndə heyətinə şirkətin MDB regionu üzrə baş direktoru Li Qiang (Robinson Li) rəhbərlik edib. Təqdimat zamanı bildirilib ki, şirkət yüksək texnologiyalı tibbi avadanlıqlar – o cümlədən 5.0T MRT sistemləri, tam bədən PET/KT qurğuları və radioterapiya texnologiyaları sahəsində innovativ həllər təqdim edir və bu istiqamətdə dünyanın bir çox ölkələrində uğurlu layihələr həyata keçirir.
Görüş zamanı kardiologiya sahəsində müasir diaqnostika və görüntüləmə texnologiyalarının tətbiqi, tibb müəssisələrinin innovativ tibbi avadanlıqlarla təmin olunması, eləcə də gələcəkdə mümkün əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb.
A meeting with the delegation of United Imaging Healthcare, one of China’s leading medical equipment manufacturers, was held at the Scientific-Research Institute of Cardiology of the Ministry of Health of the Republic of Azerbaijan (ETKI).
The delegation, led by Li Qiang (Robinson Li), General Manager for the CIS region, presented the company’s advanced medical imaging technologies, including 5.0T MRI systems, total-body PET/CT scanners, and radiotherapy solutions.