Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun əməkdaşı 14-20 iyul tarixlərində Çin-in Pekin və Tianjin şəhərlərində
19 İyul 2026, 15:00 - Tədbirlər

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun əməkdaşı 14-20 iyul tarixlərində Çin-in Pekin və Tianjin şəhərlərində keçirilən “Kəmər və Yol” ölkələri üçün Səhiyyə Təhlükəsizliyi Siyasəti Potensialının Gücləndirilməsi və Ağıllı Səhiyyə Təhlükəsizliyi Sistemlərinin Qurulması” mövzusunda beynəlxalq seminarda iştirak edir.
Seminar çərçivəsində, Teda international cardiovascular Hospitalın Prezidenti, professpr Liu Xiaoşeng ilə, və Çin Milli Səhiyyənin İnkişafı Tədqiqat Mərkəzinin direktoru, professor Yang Hongwei ilə görüş keçirilib.
Onlara Kardiologiya İnstitutunun Çinlə elmi əməkdaşlığı barədə məlumat təqdim olunaraq, Çinli kardioloqların da elmi məqalələrinin dərc olunduğu elmi jurnalı onlara hədiyyə edilib. Bu jurnal Bakıda keçirilən Türk Dövlətləri Kardio-Onkologiya Konqresi və Birinci Beynəlxalq Süni İntellekt və Robotik Kardiologiya Sammiti çərçivəsində tezislər toplusu və xüsusi nömrə olaraq dərc olunub


Paylaş:
Baxış sayı: 10