9–12 fevral tarixlərində Dubay şəhərində keçirilən World Health Expo beynəlxalq tibbi sərgisində dünyanın aparıcı tibb müəssisələrinin və səhiyyə sahəsində tanınmış mütəxəssislərin nümayəndələri iştirak edirlər
12 Fevral 2026, 12:00 - Tədbirlər

9–12 fevral tarixlərində Dubay şəhərində keçirilən World Health Expo beynəlxalq tibbi sərgisində dünyanın aparıcı tibb müəssisələrinin və səhiyyə sahəsində tanınmış mütəxəssislərin nümayəndələri iştirak edirlər. Tədbirdə Azərbaycanı Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutu təmsil edir.
Beynəlxalq platformada ölkəmizin kardiologiya sahəsini təmsil etməsi Azərbaycan kardioloji elminin inkişafı və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Sərgi çərçivəsində süni intellekt əsaslı tibbi texnologiyalar, ürəyin MRT və KT müayinəsi üzrə yeni nəsil sistemlər, süni intellektlə idarə olunan koronar angioqrafiya həlləri, robotik texnologiyalar və rəqəmsal səhiyyə sahəsində qabaqcıl avadanlıqlar nümayiş etdirilir.
Səfərin əsas məqsədi kardiologiyada ən müasir texnologiyaların tətbiqi imkanlarını öyrənmək, ürək MRT və KT diaqnostikasında innovativ sistemləri qiymətləndirmək, süni intellektin invaziv kardiologiyada istifadəsini araşdırmaq, beynəlxalq tərəfdaşlıqları genişləndirmək və qabaqcıl innovasiyaların ölkəmizə transferini təmin etməkdir.
Əldə olunan təcrübənin ölkəmizdə səhiyyənin, xüsusilə kardiologiya sahəsinin inkişafına, yüksək texnologiyaların tətbiqinin genişlənməsinə və əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin daha da artırılmasına töhfə verəcəyi gözlənilir.


Paylaş:
Baxış sayı: 6