5-10 may tarixlərində Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda Radiologiya (Angioqrafiya) şöbəsinin əməkdaşları üçün
05 May 2025, 15:00 - Anonslar

5-10 may tarixlərində Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda Radiologiya (Angioqrafiya) şöbəsinin əməkdaşları üçün yeni qurulmuş yeni nəsil “ArtisOne”koronar angioqrafiya aparatının istifadə qaydaları ilə tanışlıq aparılır. 5 gün müddətində davam edən təlim “Siemens” şirkətinin Azərbaycanda rəsmi nümayəndəliyi “Ameco” şirkəti tərəfindən aparılır.
Kurs zamanı koronar angioqrafiya aparatı ilə istifadə və təhlükəsizlik qaydaları üzrə təlimat aparılır.


Paylaş:
Baxış sayı: 44