27 sentyabr “Anım Günü” ilə əlaqədar Şəki Rayon Şəhidlər Xiyabanı ziyarət olundu
27 Sentyabr 2025, 11:00 - Mühüm tarixlər

25–27 sentyabr tarixlərində Şəkidə ilk dəfə “Sağlamlıq Günləri” keçirilir
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun (ETKİ) təşkilatçılığı, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in dəstəyi ilə 25–27 sentyabr tarixlərində Şəki şəhərində ilk dəfə “Şəki Sağlamlıq Günləri” təşkil olunub.
Üç gün davam edən proqram çərçivəsində bir sıra mühüm tədbirlər həyata keçirildi.
Tədbirin son günündə 27 sentyabr “Anım Günü” ilə əlaqədar Şəki Rayon Şəhidlər Xiyabanı ziyarət olundu, şəhidlərin məzarlarına tər çiçəklər qoyulub, ruhları ehtiramla yad olundu.


Paylaş:
Baxış sayı: 24