25–26 iyul 2025-ci il tarixlərində keçirilən 6-cı “Kəmər və Yol” Akademik Forumunda Səhiyyə Nazirliyi Elmi-tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova və ETKİ-nin böyük elmi işçisi t.ü.f.d Vüsal Hacıyev iştirak ediblər
25 İyul 2025, 12:00 - Konfranslar

Çin Xalq Respublikasının Sincan Uyğur Muxtar Vilayətinin Urumçi şəhərində 25–26 iyul 2025-ci il tarixlərində keçirilən 6-cı “Kəmər və Yol” Akademik Forumunda Səhiyyə Nazirliyi Elmi-tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova və ETKİ-nin böyük elmi işçisi t.ü.f.d Vüsal Hacıyev iştirak ediblər.
Bu tədbir, Çin hökumətinin “Bir kəmər, bir yol” təşəbbüsünün tibbi və elmi sahələrdə beynəlxalq əməkdaşlıqla inkişafına yönəlib. Forum Sincan Uyğur Muxtar Regionunun yaranmasının 70 illiyinə həsr olunan və eyni zamanda Çinin 14-cü Beşillik Planının yekun mərhələsi ilə üst-üstə düşür. Konfransda dünyanın müxtəlif ölkələrindən tanınmış ekspertlər, səhiyyə rəhbərləri və elmi mərkəzlərin nümayəndələri iştirak edir.
Tədbir zamanı ETKİ-nin direktoru, professor Gülnaz Dadaşova “Azərbaycanda İcbari Tibbi Sığortanın Tətbiqindən əvvəl və Sonrakı Səhiyyənin Vəziyyəti” və t.ü.f.d. Vüsal Hacıyev “Ürək-damar xəstəliklərindən ölüm hallarının azaldılmasında kardioloji xidmətin aktual vəzifələri” mövzularında çıxış ediblər.
Təqdimatlar böyük maraqla qarşılanıb. Tədbirin ilk günü ETKİ nin direktoru, professor Gülnaz Dadaşova və Sincan Uyğur Muxtar Rayonun Xalq Xəstəxanasının direktoru Yan Yinin arasında memorandum imzalanıb.
Professor Gülnaz Dadaşova bildirib ki, memorandum Azərbaycan səhiyyəsinin beynəlxalq səviyyədə nüfuzunun artması və əhalimizin daha keyfiyyətli tibbi xidmətlərlə təmin olunması istiqamətində atılmış əhəmiyyətli addımlardan biridir.


Paylaş:
Baxış sayı: 6