2024-cü il üçün doktorantura və dissertantura üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan ali təhsil və elmi müəssisələrə qəbul haqqında
10 May 2024, 16:00 - Anonslar

Elmi - Tədqiqat Kardiologiya İnstitutu
Fəlsəfə doktoru proqramı üzrə doktorantura:
-“Kardiologiya” (3218.01) ixtisası üzrə (qiyabi) – 2.0
Fəlsəfə doktoru proqramı üzrə dissertantura:
-“Kardiologiya” (3218.01) ixtisası üzrə – 2.0
Qəbul üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:
Fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturaya:
- elmi müəssisənin rəhbərinin adına ərizə;
- kadrların şəxsi-qeydiyyat vərəqi;
- tərcümeyi-hal;
- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
- iş yerindən xasiyyətnamə;
- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
- xarici dil bilikləri üzrə beynəlxalq sertifikatı olanlara (IELTS, TOEFL, TestDaf, DALF əgər varsa) və ya xarici dildən keçid balını toplayanlara Dövlət İmtahan Mərkəzi tərəfindən verilən təsdiqedici sənəd;
- şəxsiyyəti təsdiq edən sənədin surəti.
Xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaf, DALF) malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunurlar. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin ekvivalentliyi Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyənləşdirilir.
Elmlər doktoru proqramı üzrə doktorantura və dissertanturaya :
- ərizə (doktoranturanın fəaliyyət göstərdiyi və dissertantura təhsilini həyata keçirən müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);
- kadrların şəxsi-qeydiyyat vərəqi;
- tərcümeyi-hal;
- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
- iş yerindən xasiyyətnamə;
- əmək kitabçasından çıxarış;
- çap olunmuş elmi iş siyahısı;
- fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsi diplomunun təsdiq edilmiş surəti;
- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə); şəxsiyyəti təsdiq edən sənədin surəti.


Paylaş:
Baxış sayı: 277