20 may tarixində Milli Onkologiya Mərkəzində “Süni intellekt dəstəyi ilə EKQ şərhi: Pmcardio-edu əsasında praktik yanaşma” mövzusunda kurs təşkil olunub
25 May 2026, 11:00 - Konfranslar

20–22 may 2026-cı il tarixlərində Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutu və Milli Onkologiya Mərkəzinin birgə təşkilatçılığı ilə Bakıda Türk Dünyası Kardio-Onkologiya Konqresi və Birinci Beynəlxalq Süni İntellekt və Robotik Kardiologiya üzrə Sammit keçirilir.
Tədbir çərçivəsində kardio-onkologiya, süni intellekt, robotik texnologiyalar və rəqəmsal tibb sahəsində müasir yanaşmaların müzakirəsi aparılıb, elmi sessiyalar və praktik kurslar təşkil olunub.
20 may tarixində Milli Onkologiya Mərkəzində “Süni intellekt dəstəyi ilə EKQ şərhi: Pmcardio-edu əsasında praktik yanaşma” mövzusunda kurs təşkil olunub. Kurs zamanı süni intellekt texnologiyalarının EKQ analizində tətbiqi, işemik dəyişikliklərin aşkarlanması, klinik halların AI dəstəyi ilə təhlili və rəqəmsal tibbin praktik imkanları nümayiş etdirilib. Təlim iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və Səhiyyə Nazirliyi tərəfindən 4 DTT balı ilə qiymətləndirilib.


Paylaş:
Baxış sayı: 4