20 may tarixində Elmi-Tədqiqat Kardiologiya İnstitutunda Əməliyyatsız qapaq təmiri: Mitral qapaqda TEER proseduru mövzusunda kurs da keçirilib
25 May 2026, 11:00 - Konfranslar

20–22 may 2026-cı il tarixlərində Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutu və Milli Onkologiya Mərkəzinin birgə təşkilatçılığı ilə Bakıda Türk Dünyası Kardio-Onkologiya Konqresi və Birinci Beynəlxalq Süni İntellekt və Robotik Kardiologiya üzrə Sammit keçirilir.
Tədbir çərçivəsində kardio-onkologiya, süni intellekt, robotik texnologiyalar və rəqəmsal tibb sahəsində müasir yanaşmaların müzakirəsi aparılıb, elmi sessiyalar və praktik kurslar təşkil olunub.
20 may tarixində Elmi-Tədqiqat Kardiologiya İnstitutunda “Əməliyyatsız qapaq təmiri: Mitral qapaqda TEER (Transkateter Edge-to-Edge Repair) proseduru” mövzusunda kurs da keçirilib. Kurs çərçivəsində mitral qapaq patologiyalarının müasir endovaskulyar müalicə üsulları, TEER prosedurunun tətbiqi imkanları və klinik nəticələri üzrə praktiki məlumatlar iştirakçıların diqqətinə çatdırılıb. Təlim Səhiyyə Nazirliyi tərəfindən 3 DTT balı ilə qiymətləndirilib.
Qeyd edək ki, Türk Dünyası Kardio-Onkologiya Konqresi və Birinci Beynəlxalq Süni İntellekt və Robotik Kardiologiya üzrə Sammit öz işini növbəti günlərdə də davam etdirəcək. Tədbir çərçivəsində beynəlxalq ekspertlərin iştirakı ilə elmi məruzələr, panel müzakirələri, innovativ texnologiyaların təqdimatı və praktik sessiyalar keçiriləcək. Konqres və sammit Türk dünyası ölkələri arasında tibbi əməkdaşlığın genişləndirilməsi, elmi bilik mübadiləsinin gücləndirilməsi və müasir səhiyyə texnologiyalarının inkişafı baxımından mühüm beynəlxalq platforma hesab olunur.


Paylaş:
Baxış sayı: 6