20 may tarixində Elmi-Tədqiqat Kardiologiya İnstitutunda A-dan Z-yə Kardiostimulyatorlar və Kardiak Elektrostimulyasiya adlı kurs öz işinə başlayıb
25 May 2026, 11:00 - Konfranslar

20–22 may 2026-cı il tarixlərində Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutu və Milli Onkologiya Mərkəzinin birgə təşkilatçılığı ilə Bakıda Türk Dünyası Kardio-Onkologiya Konqresi və Birinci Beynəlxalq Süni İntellekt və Robotik Kardiologiya üzrə Sammit keçirilir.
Tədbir çərçivəsində kardio-onkologiya, süni intellekt, robotik texnologiyalar və rəqəmsal tibb sahəsində müasir yanaşmaların müzakirəsi aparılıb, elmi sessiyalar və praktik kurslar təşkil olunub.
20 may tarixində Elmi-Tədqiqat Kardiologiya İnstitutunda “A-dan Z-yə Kardiostimulyatorlar və Kardiak Elektrostimulyasiya” adlı kurs öz işinə başlayıb. Kurs zamanı iştirakçılara kardiostimulyatorların implantasiya göstərişləri, kardiak elektrostimulyasiya metodları, ürək ritm pozğunluqlarının diaqnostikası, cihazların proqramlaşdırılması və müasir invaziv yanaşmalar barədə nəzəri və praktiki biliklər təqdim olunub. Təlim Səhiyyə Nazirliyi tərəfindən 3 DTT balı ilə qiymətləndirilib.
Qeyd edək ki, Türk Dünyası Kardio-Onkologiya Konqresi və Birinci Beynəlxalq Süni İntellekt və Robotik Kardiologiya üzrə Sammit öz işini növbəti günlərdə də davam etdirəcək. Tədbir çərçivəsində beynəlxalq ekspertlərin iştirakı ilə elmi məruzələr, panel müzakirələri, innovativ texnologiyaların təqdimatı və praktik sessiyalar keçiriləcək. Konqres və sammit Türk dünyası ölkələri arasında tibbi əməkdaşlığın genişləndirilməsi, elmi bilik mübadiləsinin gücləndirilməsi və müasir səhiyyə texnologiyalarının inkişafı baxımından mühüm beynəlxalq platforma hesab olunur.


Paylaş:
Baxış sayı: 7