2-4 fevral konfrans çərçivəsində iştirakçılar üçün “Kardiak anatomiya”, “EKQ”, “EXO KQ” və “CPR” kursları keçirilir
02 Fevral 2023, 10:00 - Tədbirlər
2-4 fevral 2023-cü il tarixində Bakıda Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutu tərəfindən "Heydər Əliyev İli"nə həsr olunmuş “KardioOnkologiya: problemə müasir baxışlar” mövzusunda Beynəlxalq Elmi-praktik Konfrans keçirilir.
2 fevral Elmi-Tədqiqat Kardiologiya İnstitutunda EKQ kursu təşkil olunub və tədbir t.ü.f.d. Nəcəfov Ruslan, Dr.Osmanova Səkinə və Dr. Cabbarova Sədaqət moderatoluğu ilə keçirilib. Elektrokardioqrafiyanın əsasları, ürək ritminin pozulması,ürəyin anatomik əsasları mövzularında məruzələr dinlənilib. Praktik-interaktiv məşğələlər keçirilib. Kurs Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən 5 DTT (CME) verilməklə akkreditasiya olunmuşdur.
Həmin gün Mərkəzi Klinikada isə “Kardiak anatomiya” kursu keçirilmişdir. Kursunun moderatorları prof. Dr. Kamran Musayev və Dr. Ramil Əliyevdir.
Tədbirdə ürəyin anatomik əsasları mövzusunda məruzələr dinlənilib və praktik məşğələ keçirilib.Hər iki kursun sonunda iştirakçılara sertifikatlar təqdim olunub. Kurs Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən 4 DTT (CME) verilməklə akkreditasiya olunmuşdur.
Ümumilikdə 3 günü əhatə edən konfrans çərçivəsində iştirakçılar üçün “Kardiak anatomiya”, “EKQ”, “EXO KQ” və “CPR” kursları keçiriləcək.


Paylaş:
Baxış sayı: 239