Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə 17 aprel 2025-ci il tarixində dövlət qurumlarının əməkdaşlarının iştirakı ilə Respublika Qan Bankında “Ümumdünya Hemofiliya Günü”nə həsr edilən #Arzularaqanadverək adlı qanvermə aksiyası keçiriləcəkdir.
Aksiya #talassemiya və #hemofiliya, eləcə də #leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək məqsədi daşıyır.
Saat 09:00-dan 19:00-a qədər davam edəcək aksiyaya könüllü donorlar da qoşula bilər.
Aksiyada iştirak etmək istəyən şəxslər şəxsiyyət vəsiqəsi ilə birlikdə Nəsimi rayonu, Feyzulla Qasımzadə 65 ünvanında yerləşən Respublika Qan Bankının inzibati binasına yaxınlaşa bilər.
@Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi