14–15 avqust 2025-ci il tarixlərində Qazaxıstanın Şımkent şəhəri
16 Avqust 2025, 09:00 - Konfranslar

Şımkentdə II Qazaxıstan Ateroskleroz Cəmiyyəti Qurultayı keçirilir
14–15 avqust 2025-ci il tarixlərində Qazaxıstanın Şımkent şəhərində yerləşən “Rixos Khadisha Shymkent” otelində II Qazaxıstan Ateroskleroz Cəmiyyətinin Qurultayı keçirilir. Tədbir həm onlayn, həm də oflayn formatda baş tutaraq, ateroskleroz və digər ürək-damar xəstəliklərinin profilaktikası, diaqnostikası və müalicəsi sahəsində ən son elmi yeniliklərin müzakirəsi üçün geniş platforma yaratdı.
Qurultayda Qazaxıstan, Azərbaycan və digər ölkələrdən kardioloqlar, terapevtlər, lipidoloqlar, ümumi praktika həkimləri, tibb bacıları və digər səhiyyə mütəxəssisləri iştirak etdilər.
Azərbaycanı tədbirdə Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova, institutun elmi katibi, tibb üzrə fəlsəfə doktoru Təranə Cavadova və Hipertenziya şöbəsinin müdiri, professor Tofiq Cahangirov təmsil edirlər. Onların çıxışları aterosklerozun risk faktorları, müasir müalicə metodları və yüksək qan təzyiqinin ürək-damar sağlamlığına təsiri mövzularına həsr olunmuşdu. Professor Gülnaz Dadaşova həmçinin tədbirdə moderator olaraq iştirak edib
İki gün davam edən tədbir çərçivəsində plenar iclaslar, tematik seksiyalar və interaktiv ustad dərsləri təşkil olunacaq. Proqramda ateroskleroz və qaraciyər xəstəlikləri, iltihab prosesləri, ailəvi hiperkolesterinemiya, hipertrigliseridemiya, periferik ateroskleroz, eləcə də Qazaxıstanda dislipoproteinemiya üzrə aparılan tədqiqatların nəticələri təqdim ediləcək.
Qurultay çərçivəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, ortaq tədqiqat layihələrinin icrası və innovativ müalicə protokollarının tətbiqi istiqamətində mühüm razılaşmalar əldə olunaraq ən fəal iştirakçılar xüsusi mükafatlarla təltif olunacaq.


Paylaş:
Baxış sayı: 6