12–14 dekabr 2025-ci il tarixlərində Bakıda Azərbaycan Kardiologiya Cəmiyyətinin XIV Milli Kardiologiya Konqresi keçirilir
14 Dekabr 2025, 12:00 - Tədbirlər

12–14 dekabr 2025-ci il tarixlərində Bakıda Azərbaycan Kardiologiya Cəmiyyətinin XIV Milli Kardiologiya Konqresi keçirilir. Konqres ölkənin aparıcı kardioloqları, ürək-damar cərrahları və səhiyyə mütəxəssislərini bir araya gətirib.
Konqres çərçivəsində müasir kardiologiyanın aktual mövzuları, o cümlədən işemik ürək çatışmazlığı, inkişaf etmiş ürək çatışmazlığının diaqnostika və müalicəsi, revaskulyarizasiya strategiyaları, LVAD və ürək transplantasiyası kimi məsələlər müzakirə olunur.
14 dekabr 2025-ci il tarixində keçiriləcək 8-ci sessiyada dr. Gülnaz Dadaşova moderator qismində iştirak edib. Sözügedən sessiya işemik ürək çatışmazlığında müasir yanaşmalar, səbəblər və müalicə strategiyalarına həsr olunub. Sessiya zamanı beynəlxalq və yerli mütəxəssislər elmi məruzələrlə çıxış edəcək, klinik təcrübə və aktual tədqiqat nəticələri paylaşılıb.


Paylaş:
Baxış sayı: 3