11 aprel Yeni Klinikada «Anadangəlmə kardiovaskulyar anomaliyaların KT diaqnostikası» adlı kurs öz işinə başlayıb və Mərkəzi Klinikada “Dobutamin ilə stress Exokardioqrafiya” adlı kursda nümayişlər olunub.
11 Aprel 2025, 16:00 - Tədbirlər

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutu (ETKİ) tərəfindən 10-12 aprel tarixində Bakıda Birinci Gənc Kardioloqlar Forumu keçirilir.
11 aprel Yeni Klinikada «Anadangəlmə kardiovaskulyar anomaliyaların KT diaqnostikası» adlı kurs öz işinə başlayıb.
Kurs zamanı nümunələr üzrə klinik halların təhlili aparıldı, koronar anomaliyalar və xəstə təqdimatına baxıldı. Kurs Səhiyyə Nazirliyi tərəfindən 6 DTT olaraq qiymətləndirilib.
Həmçinin Mərkəzi Klinikada “Dobutamin ilə stress Exokardioqrafiya” adlı kursda nümayişlər olunub. Kurs Səhiyyə Nazirliyi tərəfindən 4 DTT olaraq qiymətləndirilib.
“İnvaziv kardiologiyanın əsasları: nəzəriyyə və simulyatorlar üzərində təlim” adlı kurs Seçenov Universitetinin Simulyasiya Mərkəzində aparılıb. Kurs Səhiyyə Nazirliyi tərəfindən 5 DTT olaraq qiymətləndirilib.
Forum öz işini kurslar və elmi sessiyalarla davam etdirəcək.
Qeyd edək ki, Birinci Gənc Kardioloqlar Forumu rəsmi açılış mərasimi aprelin 12-də keçiriləcək. Ümummilikdə forum Səhiyyə Nazirliyi tərəfindən 46 DTT balı qiymətləndirilib.


Paylaş:
Baxış sayı: 34