“Azərbaycan Milli Mətbuatının yaradılmasının 147-ci ili münasibətilə” Media və İctimaiyyətlə göstərdiyi faydalı xidmətlərə görə təltifnamə təqdim olunub
22 İyul 2022, 21:00 - Görüşlər

21 iyul tarixində “Medical Media” kanalının təşkilatçılığı ilə 22 iyul Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin, Bakı şəhərində fəaliyyət göstərən tibb, elmi-tədqiqat müəssisələrinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisləri iştirak ediblər.
Tibb müəssisələrində ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis ştatının yaranmasının əhəmiyyətindən danışan çıxışçılar  bildirdilər ki, səhiyyə ilə bağlı cəmiyyətə məlumatların vaxtında və dolğun çatdırılması dezinformasiyanın qarşısının alınması baxımından önəmli addımdır. Əlavə olundu ki, təlimdə müxtəlif tibb müəssisələrində yeni işə başlayan mütəxəssislərin bir araya gəlməsi onların biri-biri ilə əyani tanış olması, gələcəkdə şəbəkələşməsi, bilik və təcrübələrini öz aralarında bölüşməsi üçün gözəl fürsətdir.
Tədbir zamanı iştirakçılara təltifnamələr verilib. Elmi-Tədqiqat Kardiologiya İnstitutunun əməkdaşı Nailə Mustafayevaya “Azərbaycan Milli Mətbuatının yaradılmasının 147-ci ili münasibətilə” Media və İctimaiyyətlə göstərdiyi faydalı xidmətlərə görə təltifnamə təqdim olunub.

Paylaş:
Baxış sayı: 435