Rafail Daşdəmirov

Daşdəmirov Rafail Lətif oğlu 1956 -cı ildə Azərbaycan Respulikasının Samux rayonunda anadan olmuşdur. 1973-cü ildə orta məktəbi əla qiymətlə bitirmiş və N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 1979 cu ildə həmin institutu fərqlənmə diplomu ilə bitirmişdir. 1979-1980-cı illərdə Məlikov adına 6 saylı şəhər klinikasında bir illik internatura kursu keçmiş, 1980-1982-ci illərdə 6 saylı şəhər poliklinikasında sahə həkimi işləmiş, 1982-ci ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat- Kardiologiya İnstitutunda növbətçi həkim kimi fəaliyyətə başlamışdir. 1984-1986-cı illərdə həmin institutda kardiologiya ixtisası üzrə iki illik klinik ordinatura kursu keçmiş, !986-cı ildən müsabiqə yolu ilə kiçik elmi işçi vəzifəsinə götürülmüşdür.
    1990-cı ildə "Ürək çatmamazlığı ilə ağirlaşmış infarktdan sonrakı kardiosklerozlu xəstələrin Bakı "Sağlamliq zonası" şəraitində fiziki reabilitasiyasının effektivliyi " mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və tibb elmləri namizədi elml dərəcəsi almışdır. 1993-cü ildən müsabiqə yolu ilə ürək çatmamazlığı şöbəsinə böyük elmi işçi götürülmüş, 1998-ci ildən hal-hazırkı dövrə qədər həmin institutun elmi işlər üzrə direktor müavinidir.
          2013-cü ildə " Metabolik sindrom və əsas ürək-damar sistemi xəstəlikləri : yayılması, klinik gedişinin xüsusiyyətləri və müalicənin effektivliyinin qiymətləndirilməsi " mövzusuda doktorluq dissertasiyasini müdafiə etmiş və Azərbaycan Respublikası Prezidenti yaninda Ali Attestasiya Komissiyasinin qərarı ilə tibb elmləri doktoru elmi dərəcəsi almişdir. Almaniyada, Portuqaliyada, İsveçdə, İspaniyada, Avstriyada, Fransada, Çexiyada, İtaliyada, Hoiiandiyada və Türkiyədə keçirilən Beynəlxalq Kardioloji Konfranslarda iştirak etmişdir. Ölkəmizdə və xaricdə çap olunmuş 80-dən çox elmi əsərin, o cümlədən bir monoqrafiyanın , bir metodik tövsiyyənin və bir klinik protokolun müəllifidir. Üç Beynəlxalq konfransda məruzə ilə çixiş etmişdir. Uzun illər institutun Xalq nəzarəti və Həmkarlar ittifaqı komitəsinin sədri işləmişdir. Avropa Kardioloqlar Cəmiyyətinin və Azərbaycan Kardioloqlar Cəmiyyəti İdarə Heyətinin üzvüdür.