Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin kiçik sakinləri ilə görüş keçirilib
15 Dekabr 2023, 14:00 - Tədbirlər
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun rəhbərliyinin təşəbbüsü ilə Azərbaycan Uşaqlar Ictimai Birliyinin nəznində fəaliyyət göstərən Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzi kiçik sakinləri ilə görüş keçirilib.
ETKİ-nin direktoru, prof. Gülnaz Dadaşova və inzibati heyətin iştirak etdiyi görüş zamanı uşaqlar Azərbaycan Dövlət Akademik Teatrında qurulan tamaşaya dəvət olunublar.
ETKİ kollektivi mütəmadi olaraq uşaqların təhsili, asudə vaxtlarının səmərəli keçirilməsi, sosial layihələrdə iştirakı ilə yaxından maraqlanır və onların ailəsinə çevrilən uşaq və yeniyetmələr ilə vaxt keçirtməkdən böyük məmnuniyyət hissi yaşayır.


Paylaş:
Baxış sayı: 1467