Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun (ETKİ) təşkilatçılığı ilə 10-12 aprel tarixində Bakıda Birinci Gənc Kardioloqlar Forumu keçirilir
12 Aprel 2025, 15:00 - Konfranslar

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun (ETKİ) təşkilatçılığı ilə 10-12 aprel tarixində Bakıda Birinci Gənc Kardioloqlar Forumu keçirilir.
Tədbirdə dövlət qurumlarının rəhbər şəxsləri, millət vəkilləri, tanınmış elm xadimləri, Azərbaycan Tibb Universitetinin tələbələri və “ETKİ könüllüləri” iştirak edirlər.
Birinci Gənc Kardioloqlar Forumu rəsmi açılış mərasimi aprelin 20-də keçirilib. Açılışda giriş sözü ilə çıxış edən ETKİ-nin direktoru, forumun sədri, professor Gülnaz Dadaşova tədbir iştirakçılarını salamlayaraq, Forumun vacibliyini vurğulayıb: “ Bügünki Forum kardiologiya sahəsində həyata keçirilən islahatların ilkin nəticələri və perspektivlərini dərindən analiz etmək və geniş, çoxtərəfli müzakirələr aparmaq üçün əhəmiyyətli platformadır. Əminəm ki, Forumun davam edəcəyi bu iki gün ərzində aparılacaq səmərəli müzakirə və fikir mübadilələri kardiologiyanın növbəti dövrdəki inkişafına əhəmiyyətli töhfə olacaqdır”. Açılış mərasimində çıxış edən Səhiyyə Nazirliyi Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev forum iştirakçılarını salamlayaraq, qeyd edib ki, zəngin proqram üzrə maraqlaı panellər və kurslar aparılır və bu öz növbəsində kardiologiya sahəsinin inkişafına öz töhfəsini verəcək. Tədbirdə çıxış edən Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli vurğulayıb ki, forum kardiologiya üzrə gənc mütəxəssisləri bir araya gətirərək, birgə tədqiqat imkanlarını nəzərdən keçirmək və ürək-damar xəstəliklərinin müalicəsində əhaliyə göstərilən səhiyyə xidmətlərinin keyfiyyətini artırmasına öz töhfəsini verəcək.
Azərbaycan Respublikası İnsan Huquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva öz çıxışında qeyd edib ki, Forumun proqramına yeni tibbi texnologiyaların və fundamental tibbin nailiyyətlərinin tətbiqinin praktiki aspektlərinə həsr olunan iclaslar, orijinal tədqiqatın nəticələri, real klinik təcrübədən olan hallar əsasında klinik, debatlar daxildir.
3 gün davam edən Foruma 600-dən artıq yerli mütəxəssislər qatılıb.
Qeyd edək ki, Birinci Gənc Kardioloqlar Forumu Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən 46 DTT balı ilə qiymətləndirilib.


Paylaş:
Baxış sayı: 42