Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutu — mürəkkəb qərarlarda komanda, dəqiqlik və məsuliyyət Mürəkkəb klinik qərarlar — komanda yanaşması ilə
15 Sentyabr 2026, 16:00 - Görüşlər

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutu — mürəkkəb qərarlarda komanda, dəqiqlik və məsuliyyət
Mürəkkəb klinik qərarlar — komanda yanaşması ilə.
Bu gün Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun İnvaziv Kardiologiya şöbəsində ağır və mürəkkəb klinik vəziyyəti olan pasiyentin müalicə taktikasının müəyyənləşdirilməsi məqsədilə multidissiplinar konsilium keçirildi.
Konsilium professor Gülnaz Dadaşovanın rəhbərliyi ilə, müalicə işlər üzrə direktor müavini Afiyəddin İsgəndərov, şöbə müdiri Mədinə Əzimova, invaziv kardioloqlar Oktay Musayev, Nicat Baxşəliyev, Rəşad Əliyev və ürək-damar cərrahı Anar Əliyevin iştirakı ilə baş tutdu.
Pasiyentin klinik vəziyyəti, koronar anatomiyası, aparılmış müayinələrin nəticələri və mümkün müdaxilə strategiyaları ətraflı təhlil edilərək optimal müalicə yanaşması birgə müzakirə olundu.
Mürəkkəb ürək-damar patologiyalarında düzgün qərarın verilməsi yalnız bir mütəxəssisin deyil, Heart Team — multidissiplinar komandanın birgə klinik təcrübəsinə və elmi əsaslandırılmış yanaşmasına söykənir.
Məqsədimiz hər bir pasiyent üçün ən təhlükəsiz, ən əsaslandırılmış və fərdiləşdirilmiş müalicə strategiyasını seçməkdir.


Paylaş:
Baxış sayı: 7