Professor Gülnaz Dadaşova Türk Kardiologiya Cəmiyyətinin 39-cu Milli Konqresində iştirak edib
12 Noyabr 2023, 14:00 - Konfranslar
8-12 noyabr tarixlərində Türkiyənin Antalya şəhərində Türk Kardiologiya Cəmiyyətinin 39-cu Milli Konqresi keçirilir.
Tədbirdə təşkil olunan simpozium və interaktiv kurslarda dünyanın müxtəlif ölkələrindən gələn aparıcı mütəxəssislər kardiologiyada yeniliklər haqqında məruzələr ilə çıxış edirlər.
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova qeyd olunan tədbirdə iştirak edir.


Paylaş:
Baxış sayı: 253