27 may 2025-ci il tarixdə Akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda “Ürək-damar xəstəlikləri: Rəhbər tövsiyyələrdən gündəlik təcrübəyə qədər baxış” mövzusunda Satellit tədbir keçirildi. Tədbirin məruzəçiləri t.ü.f.d, dos.Rafiq Yusifli “Xroniki ürək çatışmazlığında diuretik seçimi və istifadəsi qaydaları”, t.e.d., professor Tofiq Cahangirov “Arterial hipertenziyanın müalicəsində vacib məqamlar” mövzularında çıxış etdilər. Tədbirin sonunda geniş müzakirələr aparıldı, suallar cavablandırıldı.